13:23 11-08-2015
news_image
452
DİGƏR NÖVLƏR

Qəbələdə daha bir dəst medalın sahibi müəyyənləşdi

Qəbələdə təşkil edilən atıcılıq üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha bir növdə mükafatçılar məlum olub.

 

Qadınlar tapança ilə 25 metrlik məsafədən atəş açmaqla qüvvələrini sınayıblar. Gərgin mübarizənin sonunda çinli Lijia Cao ilə rusiyalı Vitalina Batsaraşkina finala vəsiqə əldə ediblər. Həlledici görüşdə böyükhesablı (7:1) qələbə qazanan Cao qızıl, məğlub olan Batsaraşkina isə gümüş medala sahib çıxıb. Bununla hər iki idmançı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Bürünc medal uğrunda yarışda isə digər çinli atıcı Jinqjinq Zanq ukraynalı həmkarı Olena Kosteçivdən dəqiq oynayıb – 7:3.

 

Qeyd edək ki, Çin yığması bununla bu gün ikinci, ümumilikdə isə üçüncü qızıl medalı qazanıb.