18:00 11-08-2015
news_image
585
DİGƏR NÖVLƏR

ABŞ yığması Qəbələdə ikinci qızıl medalını qazandı

Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha bir növdə mükafatçılar müəyyənləşib.

 

Kişilər dabl-trap növündə dəqiqliklərini yoxlayıblar. Yekunda ABŞ-lı Uolton Eller və böyük britaniyalı Stiven Skott finala adlayıblar. Həlledici görüşdə rəqibi üzərində 30:26 hesablı qələbə qazanan Eller qızıl medal qazanıb. Skott isə aktivinə gümüş medal yazdırıb. Hər iki idmançı gələn il keçiriləcək Rio Olimpiadasına lisenziya qazanıb.

 

3-cü yer uğrunda yarışda Mixael Qoldbrunnerə (Almaniya) çətinliklə (30:29) qalib gələn Vasili Mosin (Rusiya) isə Dünya Kubokunu bürünc mükafatla tamamlayıb.

 

Qeyd edək ki, bu, ABŞ yığmasının Qəbələdə qazandığı ikinci qızıl medal olub. Bundan əvvəl Vinsent Hançuk kişilərin skit növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.