08:49 17-08-2015
news_image

Yığmamız Moskvadan bürünc medalla qayıdır

Rusiyanın paytaxtı Moskvada taekvondo üzrə Qran-Pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə 3 gün davam edən yarış “Dinamo” arenasında baş tutub.

 

Azərbaycan millisi bu turnirdə 6 taekvondoçu ilə təmsil olunub. Mikayıl Əliyev (58 kq), Ayxan Tağızadə (68 kq), Ramin Əzizov (80 kq), Radik İsaev (+80 kq) kişilərin, Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qadınların mübarizəsində qübbəsini sınayıb.

 

Komandamızın üzvləri yarışı 1 medalla başa vurub. 67 kq çəki dərəcəsində 3-cü olan Fəridə Əzizova bürünc medala yiyələnib.

 

Qeyd edək ki, bu il ilk dəfə keçirilən Qran-Pri turniri Türkiyə, Böyük Britaniyada da təşkil olunacaq. Yarışın final mərhələsi isə Meksikada baş tutacaq.