12:48 19-08-2015
news_image
554
DİGƏR NÖVLƏR

16 ildən sonra

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına (İAAF) prezident seçkiləri keçirilib. Apasport.az saytının məlumatına görə, Pekində keçirilən dünya çempionatı öncəsi baş tutan konqresdə keçirilən seçkidə 16 ildir assosiasiyaya rəhbərlik edən seneqallı Lamin Diakı əvəzləyəcək şəxs bəlli olub.

 

1999-cu ildən İAAF-a rəhbərlik edən 82 yaşlı seneqallını onun vitse-prezidentlərindən biri əvəzləyəcək. Afrikalını əvəzləməyə vitse-prezidentlər – ukraynalı Sergey Bubka və böyük britaniyalı Sebastyan Koe iddia edib. 115 xal toplayan sonuncu qurumun yeni rəhbəri olub. Bubka isə 23 səs geri qalıb.