15:41 22-08-2015
news_image
564
DİGƏR NÖVLƏR

Azərbaycan yığması Olimpiya Oyunlarına iki lisenziya qazandı

Azərbaycanın daha iki idmançısı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, buna kayakçı İnna Osipenko-Rodomska və kanoeçi Valentin Demyanenko nail olublar.

 

33 yaşlı İnna bu uğura İtaliyanın Milan şəhərində keçirilən dünya çempionatında imza atıb. Qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə yer alan Osipenko-Rodomska final yürüşündə finişə 1 dəqiqə 51,748 saniyəyə çataraq, 5-ci yeri tutub. Qaydalara əsasən, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə ilk "7-liy"ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Bu səbəbdən, onların arasında İnna da yer alıb.

 

32 yaşlı Demyanenko da 7-liy"ə düşməklə lisenziyanı rəsmiləşdirib. "Bakı 2015" I Avropa Oyunlarının gümüş mükafatçısı, 4 qat dünya və 4 qat Avropa çempionu 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşündə finişə 39,489 saniyəyə çataraq, 6-cı yeri tutub.

 

Mənbə: amaf.az