11:44 24-08-2015
news_image
625
TOP OYUNLARI

Bakı klubundan B seriyasına getdi - FOTO

“Azəryol”un sabiq voleybolçusu Karla Rueda Kotito özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, Peru millisinin 25 yaşlı hücumçusu karyerasını İtaliyada davam etdirəcək.

 

2014-cü ilin yayında Bakı klubuna keçən cənubi amerikalı ölkəmizdə keçirdiyi 2014/15 mövsümünün ardından “Palmi”yə keçib. Bu komanda İtaliyanın B seriyasında çıxış edir.

 

Rueda ötən mövsüm “Azərreyl” adlanan “Azəryol”a gəlincə, ölkəsinin “Sportinq Kristal” (2006), “Deportivo Qemines” (2007-2008, 2010-2011, 2012-2013), İspaniyanın “Mursiya” (2007), Portuqaliyanın “Riberense” (2008-2009) və Trinidad və Tobaqonun “Defense Forse” klublarının şərəfini qoruyub. Bu komandalarla heç bir uğur qazanmayan Karla 2007-ci ildən formasını geyindiyi yığması ilə 1 dəfə fəxri kürsüyə yüksəlməyi bacarıb. O, 3 il öncə Cənubi Amerika çempionatının bürünc medalına sahib olub.