12:37 26-08-2015
news_image
1071
DÖYÜŞ NÖVLƏRİ

Cüdo yığmamız medal üzünə həsrət qalıb

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin daha bir idmançısı tatami üzərinə çıxıb. Apasport.az saytının məlumatına görə, yarışda yalnız “Neftçi İdman klubu” ilə təmsil olunan yığmamızı 73 kq çəki dərəcəsində təmsil edən Hüseyn Rəhimli mundialı mükafatsız başa vurub.

 

Cüdoçumuz yarışa 1/64 finaldan başlayıb. İlk görüşdə latviyalı Dmitri Fedoseyenkov, növbəti qarşılaşmada əfqanıstanlı Reşaf Mor Aryanı məğlub edən idmançımız 1/16 finala qədər irəliləyib. Sloveniyalı Rok Draksiçə xal hesabı ilə uduzan Rəhimli dünya çempionatındakı çıxışını başa vurub.

 

Qeyd edək ki, 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxaəlizadə və Hidayət Heydərov da mundialı mükafatsız başa vurmuşdu. Digər təmsilçilərimiz - Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) hələ mübarizəyə qoşulmayıb.