10:07 29-08-2015
news_image
938
STOLÜSTÜ OYUNLAR

Azərbaycan klubları Avropa çempionatı üçün heyəti açıqladı

Azərbaycan komandaları Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək şahmat üzrə klublararası Avropa çempionatı üçün heyətlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi yarışda təmsil edəcək Bakı klublarının ciddi dəyişikliyə əl atmayıblar.

 

Belə ki, yarışın qalibi olan SOCAR-ı oyunlara yenə kapitan kimi Vladimir Tukmakov çıxaracaq. Ukraynalı mütəxəssis oktyabrın 17-25-də olacaq çempionatda Veselin Topalov, Şəhriyar Məmmədyarov, Fabiano Karuana, Aniş Giri, Maykl Adams, Teymur Rəcəbov, Rauf Məmmədov və Eltac Səfərliyə güvənəcək.

 

“Odlar Yurdu” klubunda isə Emil Sutovski oynayan məşqçi funksiyasını davam etdirəcək. Komandada onunla yanaşı, Vasif Durarbəyli, Qədir Hüseynov, Nicat Məmmədov, Ülvi Bacarani, Nicat Abasov, Vüqar Rəsulov və Zaur Məmmədov çıxış edəcəklər.