15:14 31-08-2015
news_image

Avropa Oyunlarının qalibi Polşada da rəqib tanımadı

Polşanın paytaxtı Varşavada taekvondo üzrə keçirilən “Polish Open” turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, I kateqoriyalı beynəlxalq turnirinə geniş heyətlə qatılan Azərbaycan millisi 7 qızıl, 3 gümüş və 6 bürünc medal qazanıb.

 

Bu mükafatlardan 3-cü böyüklərdən ibarət yığmamızın payına düşüb. Komandamızın heyətində Avropa Oyunlarının qalibi Milad Beiqi Hərçəqanı (80 kq) bu dəfə də qızıl medala sahib olub. Ondan fərqli, Sina Bəhrami (63 kq) və Səid Quliyev (74 kq) üçüncü yerlə kifayətlənib.  

 

Gənclərdən ibarət komandamız isə 6 qızıl, 3 gümüş və 4 bürünc medala yiyələnib. 2 gün davam edən gərgin mübarizənin nəticəsinə əsasən İlham Əliyev (45 kq), İlayda Kardelen Çiftci (46 kq), Qaşim Maqomedov (51 kq), Fizam Mehtiyev (55 kq), Zəlimxan Rəşidov (63 kq) və Daria Şkurko (+68 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Cavid Məmmədov (45 kq), Gülsüm Gültəkin (59 kq) və Kamil Abdurazakov (63 kq) gümüş medalla kifayətləndiyi halda, Əliəskər Əliyev (68 kq), Əli Məmmədov (55 kq), Zarema Şamxalova (44 kq) və Ceren Özbək (49 kq) 3-cü yeri tutublar.  

 

Komanda hesabında gənclərdən ibarət millimiz bütün rəqiblərini qabaqlayıb.

 

Qeyd edək ki, yığmamız Bakıya sabah qayıdacaq.