11:50 02-09-2015
news_image
1354
DÖYÜŞ NÖVLƏRİ

Məlikovla Lalayev Azərbaycandan ayrılıb, Rusiyaya yollandılar

Rusiyanın Sankt-Peterburq şəhərində sentyabrın 4-də boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start veriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, səkkiz gün davam edəcək yarışda 400-dən çox idmançı mübarizə aparacaq.

 

Komandamız yarışda yalnız bir çəki dərəcəsində təmsil olunmayacaq. Digər 12 çəkidə Azərbaycan boksçuları da öz bacarıqlarını nümayiş etdirəcəklər. Millimiz baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Təvəkkül Məmmədov və Hüseyn Bağırovun rəhbərliyi altında artıq Rusiyanın şimal paytaxtına yollanıb. Heyətdə ötən il yeniyetmələr arasında qitə birinciliyinin qalibləri olmuş Bəxtiyar Qazıbəyovla Məhəmməd Abdullayev də yer alır. Avropa birinciliyinin gümüş mükafatçısı Cavid Hüseynov, bürünc medalçılar Orxan Həsənov və Şaiq Məlikov da əsas medal ümidlərimiz olacaqlar. 
 

Azərbaycan millisinin heyəti

46 kq: Kənan Əliyev
48 kq: Cavid Hüseynov 
50 kq: Seyidrza Sadıqov 
52 kq: Hüseyn Sadıqov 
54 kq: Orxan Həsənov 
57 kq: Elton Məmmədov 
60 kq: Bəxtiyar Qazıbəyov 
63 kq: Sayad Lalayev 
66 kq: Rəcəb Niftəliyev 
70 kq: Şaiq Məlikov 
75 kq: Elbrus Əkbərov 
+80 kq: Məhəmməd Abdullayev 
 

Qeyd edək ki, dünya birinciliyində ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edəcək.