14:48 02-09-2015
news_image
846
DİGƏR NÖVLƏR

Ən güclü həvəskarlar - FOTOSESSİYA

"United Sport" mağazasının təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Veloparkda həvəskar velosipedçilər arasında "United Sport Veloturnir"i keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən həvəskarlar dairəvi marşrut üzrə ümumilikdə 26 km məsafə qət ediblər.

 

Startdan etibarən üstünlüyü ələ alan Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla turnirin qalibi olub və "United Sport" mağazası tərəfindən birinci yer üçün nəzərdə tutulan qiymətli velosipedlə mükafatlandırılıb. 2-3-cü yerləri tutan Vüsal Əliyev və Teymur Niruyevə isə hədiyyə kuponları təqdim edilib. Bundan başqa, mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və xatirə hədiyyələri ilə təltif edilib.

 

Qeyd edək ki, turnirin qalibi Yunus Vəzirov və 3-cü yeri tutan Teymur Nuriyev həvəskarlardan ibarət "CycleMania", 2-ci nəticə göstərən Vüsal Əliyev isə "SharkHead" klubunun üzvüdü. Bu cür yarışları dəstəkləyən Azərbaycan Velosiped İdmanı Federasiyası bununla da ölkədə velosiped idmanının inkişafı və populyarlıq qazanması üçün təşkilati məsələlərdə həvəskar klublara hər cür yardım etməyə hazır olduğunu bir daha nümayiş etdirir.