16:21 04-09-2015
news_image
5971
DÖYÜŞ NÖVLƏRİ

Rövnəq Abdullayev Cüdo Federasiyasının prezidenti seçildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) İdarə Heyətinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda SOCAR-ın prezidenti Rövnəq Abdullayev ACF-nin prezidenti seçilib.

 

O, 1996-cı ildən bu postda olan Fizuli Ələkbərovu əvəzləyib.

 

Abdullayev bildirib ki, yeni vəzifəsində Azərbaycan prezidenti İlham Əliyevin ona göstərdiyi etimadı doğrultmağa çalışacaq. Federasiyanın digər rəhbər postlarına seçkilər növbəti iclasda rəsmiləşəcək.

 

Qeyd edək ki, Abdullayev AFFA-nın da prezidentidi.