09:41 07-09-2015
news_image
456
DİGƏR NÖVLƏR

"Neftçi İdman Klubu”nun damaçıları Bolqarıstanda fərqləndi

Bolqarıstanın Kranevo şəhərində 64 xanalı dama üzrə gənclər arasında dünya birinciliyi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrə sistemi ilə keçirilən yarışa 10 ölkədən 250-yə qədər idmançı qatılıb.

 

Sürətli dama proqramında 19-23 yaşlı gənclər arasında "Neftçi İdman Klubu”nun yetirməsi Zeynal Rəşidli 3-cü yeri tutub. Avropa çempionu Ülkər Babanlı isə 10 yaşadək qızlar arasında klassik proqramda məğlubiyyət tanımayıb. O, 16 nəfər arasında 7 oyunda 9 xal toplayaraq bürünc medal qazanıb.