09:50 07-09-2015
news_image

Cüdoçularımız Bratislavada medalsız qaldılar

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə Avropa Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 2 idmançı ilə qatılan Azərbaycan millimi medal qazana bilməyib.

 

Ölkəmizi 90 kq çəki dərəcəsində təmsil edən Firudin Dadaşov ilk qarşılaşmada uduzduğu halda, 81 kq çəki dərəcəsində tatamiyə çıxan Ziya Namazov 7-ci yeri tutub.