12:26 08-09-2015
news_image
1052
DİGƏR NÖVLƏR

Yığmamız dünya çempionatı üçün heyəti açıqladı

Stend atıcılığı üzrə Azərbaycan millisi İtaliyada keçiriləcək dünya çempionatı üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-17-də Lonatoda təşkil ediləcək mundialda ölkəmizin idman şərəfini 8 snayperlə təmsil olunacaq.

 

Komandamızın baş məşqçisi Hafiz Cəfərov Rioya da lisenziya xarakteri daşıyacaq yarışda Paşa Əhədpur, Fuad Qurbanov, Emin Cəfərov, Nurlana Cəfərova (hamısı skit), Əli Hüseynli və Elvin İsmayılova (hər ikisi trap) şans verəcək. Həmçinin, gənclərin yarışında Niyaz Ağazadə (skit) və Əlimirzə Quliyev (trap) hədəf önünə keçəcəklər.

 

Qeyd edək ki, mundialda 92 ölkədən 807 idmançı iştirak edəcək.