15:22 08-09-2015
news_image
1356
DÖYÜŞ NÖVLƏRİ

Cüdo yığmamız “tilsimi” qırdı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahını Azərbaycan yığmasının liderləri üçün uğurlu saymaq olar.

 

Son aylarla müqayisədə idmançılarımızdan geriləyən olmayıb. Belə ki, yeni cədvəldə yenə 4 cüdoçumuz ilk “onluqda”dı. Onlardan Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) bütün rəqiblərindən üstündü və ilk pillədəki yerlərini qoruyublar. Orxan Səfərovun (60 kq) 3-cü olduğu siyahıda Nicat Şıxəlizadə (66 kq) 9-cu yeri tutur.

 

Digər aparıcı cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 26-cı, Tərlan Kərimov (66 kq) 36-cı, Elxan Məmmədov (100 kq) 24-cü, Uşqanqi Kokauri (+100) 40-cı və Kifayət Qasımova (57 kq) 62-ci pillədə qərar tutub.

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.