16:32 10-09-2015
news_image
1725
DÖYÜŞ NÖVLƏRİ

Cüdo Federasiyasının İdarə Heyətinin TAM SİYAHISI

Bu gün Azərbaycan Cüdo Federasiyasının Konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda qurumun vitse-prezidentləri və baş katibi ilə yanaşı, İdarə Heyəti də formalaşıb.

 

Belə ki, İdarə Heyətinə 12 üzv qəbul olunub.

 

Federasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Sadıq Sadıqov, Mikayıl İsmayılov və Elnur Məmmədli, baş katibi Elmar Babanlı ilə yanaşı, Cəbrayıl Cəbrayılov,

Ağayar Axundzadə, Nazim Hüseynov, Rasim Muradov, Raqif Abbasov, Cəbrayıl Həsənov

və Mövlud Mirəliyev də İdarə Heyətinə üzv seçiliblər.

 

Qeyd edək ki, Cüdo Federasiyasında idman işləri üzrə vitse-prezident vəzifəsini Sadıq Sadıqov cavahdehlik daşıyacaq.