17:15 10-09-2015
news_image
868
DİGƏR NÖVLƏR

Ən güclü şahmatçılar müəyyənləşdi - FOTOSESSİYA

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası davam edir. Apasport.az saytının məlumatına görə, artıq yarışların dördüncü günü sona çatıb.

 

14 idman növü üzrə keçirilən spartakiadada atletika və üzgüçülük yarışlarına yekun vurulub.

 

Bu gün isə şahmat növü üzrə yarışlar başa çatıb. Artıq şahmat yarışlarında qaliblər də müəyyən olunub və onların mükafatlandırılması mərasimi keçirilib. Bu növdə Neft Kəmərləri İdarəsinin İlqar Qasımov, Nicat Mirzəyev və Zülfiyyə Əmirbəyovadan ibarət komandası qalib adını qazanıb. "Azəriqaz” İstehsalat Birliyi (Xəyyam Həsənov, Nazim Əsədov, Zemfira Baxışova) 2-ci, Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası (Şahid Şəmilov, Musa Vəliyev, Mirvari Məmmədova) isə 3-cü yerə çıxıb.

 

Qeyd edək ki, mini-futbol, voleybol, stritbol və dama yarışları davam edir. Sabah isə daşqaldırma, darts, kəndirdartma və stolüstü tennis növləri üzrə yarışlara start veriləcək.