08:28 11-09-2015
news_image
738
TOP OYUNLARI

Rəqibimiz Türkiyə ilə yoxlama matçı keçirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında rəqibi Türkiyə yığmasını hazırlığını Polşada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Ferhat Akbaşın başçılıq etdiyi komanda burada ev sahibləri ilə yoxlama görüşü də keçirəcək.

 

Matçlar sentyabrın 12-nə və 13-nə təsadüf edəcək.

 

Qeyd edək ki, Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatında ilk oyunumuz məhz türklərə qarşı olacaq.