19:19 11-09-2015
news_image
12351
STOLÜSTÜ OYUNLAR

Dünya Kuboku: Şahmatçılarımız turnirə məğlubiyyətsiz başladılar - YENİLƏNİB

Bu gün Bakıda şahmat üzrə Dünya Kubokunun ilk mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, oktyabrın 4-dək davam edəcək yarışda 45 ölkədən 128 idmançı şahmat tacına iddiaçını müəyyənləşdirəcək.

 

Mükafat fondu 1,6 milyon dollar olan yarışda Azərbaycan yarışda 6 şahmatçı ilə təmsil olunur. İlk mərhələdə Teymur Rəcəbovun daha prinsipial rəqibə qarşı oynadığını demək olar. Millimizin lideri ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanla üz-üzə gəlib. Görüşdə təmsilçimiz favorit olsa da, rəqib ciddi müqavimət göstərib və Rəcəbov turnirə heç-heçə ilə başlayıb.

 

Digər idmançılarımız Qədir Hüseynov Rusiya təmsilçisi Maksim Matlakova, Rauf Məmmədov digər bir rus şahmatçı Yevgeni Nayerə, Şəhriyar Məmmədyarov isə İran təmsilçisi Pouya İdaniyə qalib gəlib.

 

Eltac Səfərli və Vasif Durarbəyli isə turnirə bərabərliklə başlayıblar.

 

Dünya Kuboku

I mərhələ, ilk oyunlar

 

Teymur Rəcəbov (Azərbaycan) – Samuel Sevyan (ABŞ) - 0,5:0,5

Qədir Hüseynov (Azərbaycan) – Maksim Matlakov (Rusiya) - 1:0

Eltac Səfərli (Azərbaycan) – Çaba Baloq (Macarıstan) - 0,5:0,5

Li Quanq Liem (Vyetnam) – Vasif Durarbəyli (Azərbaycan) - 0,5: 0,5

Rauf Məmmədov (Azərbaycan) – Yevgeni Nayer (Rusiya) - 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Pouya İdani (İran) - 1:0