11:03 11-09-2015
news_image
884
TOP OYUNLARI

“Azəryol”dan növbəti transfer - FOTO

“Azəryol” Azərbaycan millisinin daha bir voleybolçusu ilə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, Bakı klubu gənclər yığmamızın 17 yaşlı liberosunu Leyla Parşkovanı komandada saxlayıb.

 

Ötən ildən “Azəryol”a keçən voleybolçu ilə 2015/2016 mövsümü üçün razılıq əldə olunub.

 

Qeyd edək ki, bununla “Azəryol”dakı voleybolçuların sayı 13-ə çatıb. CEV kubokunda oynayacaq komanda daha öncə Şəfaqət Həbibova, Aynur Kərimova, Yelena Parxomenko, Yuliya Kərimova, Yekaterina Jidkova (hamısı Azərbaycan), Anna Stepanyuk (Ukrayna), Kinqa Kasprjak (Polşa), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hər üçü ABŞ), Malika Kanzonq (Tailand) və Marin Apitzlə (Almaniya) müqavilə bağlayıb.