11:18 11-09-2015
news_image
1069
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız dünya çempionatı üçün heyəti açıqladı

Parataekvondo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın baş məşqçisi Əvəz Tağıyev sentyabrın 17-də Türkiyənin Samsun şəhərində keçiriləcək dünya çempionatında 10 idmançını sınaqdan keçirəcək.

 

Belə ki, təlim-məşq toplanışını davam etdirən komandamız mundiala 10 parataekvondoçu ilə yollanacaq. Tağıyev Samsunda Yaşar Doğu Spor Salonunda keçiriləcək yarışda Anar Hüseynov (61 k, K-42), Namiq Abbasov (61 kq, K-43), Rövşən Qəhramanlı (61 kq, K-44), Nicat Müslümov (75 kq, K-42), Aleksandr Poluşuk (+75 kq, K-42), Xəzər Mirzəyev (75 kq, K-43), Əbülfəz Abuzərli (75 kq, K-44), Vüqar Adışirinov (+75 kq, K-44), Röyalə Fətəliyeva (49 kq, K-44) və Aynur Məmmədovaya (+58 kq, K-44) etimad göstərəcək.

 

G8 kateqoriyalı çempionatın qalibi reytinq hesabına 80 xal əlavə edəcək. Komandamız səfərə Taekvondo Federasiyasının baş katibi Həmdiyyə Məmmədovun rəhbərliyi altında sentyabrın 14-də yollanacaq.

 

Qeyd edək ki, parataekvondo komandamız bundan əvvəlki 5 dünya çempionatında 2 dəfə dünya birincisi, 2 dəfə isə dünya ikincisi olub. Yığmamız vətənə sentyabrın 18-də dönəcək.