12:43 11-09-2015
news_image
7068
STOLÜSTÜ OYUNLAR

Rusiyalı jurnalist: Gəlin, sizi də Bakıya dəvət edirəm

“Tiflisdən təyyarə ilə Bakıya gəldim. İlk təəssüratım odu ki, Bakı çox istidi”. Apasport.az saytının məlumatına görə, bunu şahmat üzrə Dünya Kubokunu işıqlandırmaq üçün Bakıya gələn rusiyalı jurnalist Yevgeni Surov deyib.

 

Sentyabrın 9-dan paytaxtımıza gələn həmkarımız bu gün start götürən yarış və Bakı haqda xoş sözlər səsləndirib. O bildirib ki, 10 sentyabr – 4 oktyabrda Azərbaycanda keçiriləcək Dünya Kuboku ulduzlarla ulduz olmaq istəyənlərin dueli olduğundan gərgin mübarizə vəd edir: “Bu turnir təkcə Maqnus Karlsenin rəqibini müəyyənləşdirəcək yarış deyil. Bakıda elit şahmatçılarla sadə zəka sahibləri münasibətlərinə aydınlıq gətirəcəklər. Ulduzlar kifayət qədərdi. Nə olsun ki, Karlsenlə Vişvanatan Anand gəlməyib? Onsuz da, yarışda favoritlər kifayət qədərdi. Bacarırsansa, favoritləri say. Siyahı çox genişdi. Qalibi qabaqcadan müəyyənləşdirmək mümkün deyil”.

 

Surov Bakıda kimsənin azmayacağını vurğulayıb: “Gəlin, sizi də Bakıya dəvət edirəm. Gəlin, burda azmayacaqsız. Yükünüzü təhvil alan kimi mehriban, gülərüz qızları görəcəksiz. Onlar sizi təşkilatçılara qədər ötürəcəklər. Təşkilatçılar isə sizə hər şeyi başa salıb, avtomobillə təmin edəcək. Bu taksinin “London” və ya adi taksi olmasının fərqi yoxdu. Üstündə mütləq Dünya Kubokunun emblemini görəcəksiz. Bakıda son 10 il ərzində tikinti işləri gedir, göydələnlərin sayı artır. Qaldırıcı kranlar dayanmaq bilmir, iş başındadı. Oteldən çıxanda özünü Nyu-York və ya Çikaqodakı kimi hiss edirsən. Şəhərin görməli yerlərindən biri Alov qüllələridi. Ora piyada çatmaq asan deyil, ancaq şəkildəki kimi uzaq da deyil”.

 

Qeyd edək ki, yarışın ilk mərhələsi bu gün saat 15:00-da başlayacaq.