18:10 11-09-2015
news_image
3293
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Çətin oyun alındı

 “İlk oyunlar həmişə çətin keçir. Üstəlik, rəqibim də çox güclü idi”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov deyib.

 

Bakıda keçirilən şahmat üzrə dünya kubokunda təmsilçimiz ilk oyununda Pouya İdani üzərində qələbə qazanıb.  

 

Məmmədyarov iranlı rəqibi üzərində qələbəni belə şərh edib: “O, gənclər arasında dünya çempionudu. Çətin oyun alındı. Amma mübarizə aparıb, qələbə qazandım. Sabah yenidən üz-üzə gələcəyik. Əlimdən gələni edəcəm ki, sabahkı görüşdə də qələbə qazanım. Çünki bazar günü üçüncü oyunu keçirmək istəmirəm. Növbəti mərhələyə vəsiqəni artıq sabah rəsmiləşdirmək istəyirəm”.