19:33 12-09-2015
news_image
5737
STOLÜSTÜ OYUNLAR

Dünya Kuboku: Şəhriyar Məmmədyarov və Rauf Məmmədov növbəti mərhələdə - YENİLƏNİB

Bu gün Bakıda şahmat üzrə Dünya Kubokunun ilk mərhələsində ikinci oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, oktyabrın 4-dək davam edəcək yarışda 45 ölkədən 128 idmançı şahmat tacına iddiaçını müəyyənləşdirəcək.  

 

Mükafat fondu 1,6 milyon dollar olan yarışda Azərbaycan 6 şahmatçı ilə təmsil olunur. Bu gün Teymur Rəcəbov ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanla ikinci dəfə üz-üzə gəlib. İlk oyunda heç-heçə edən Rəcəbov bu dəfə rəqibinə qalib gələ bilməyib.    

 

Digər idmançılarımız Qədir Hüseynov Rusiya təmsilçisi Maksim Matlakova məğlub olub, Rauf Məmmədov digər bir rus şahmatçı Yevgeni Nayerlə görüşdə qalib gələrək növbəti mərhələyə adlayıb. Şəhriyar Məmmədyarov da İran təmsilçisi Pouya İdani ilə münasibətlərə aydınlıq gətirib. Birinci oyunda qalib gələn qrossmeysterimiz bu dəfə heç-heçə edib və növbəti mərhələyə keçib.

 

Eltac Səfərli Macarıstan şahmatçısı Çaba Baloqla heç-heçə oynayıb, Vasif Durarbəyli isə Vyetnam təmsilçisi Li Quanq Liemə məğlub olaraq mübarizəni dayandırıb.

 

Dünya Kuboku

I mərhələ, ikinci oyunlar

 

Samuel Sevyan (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5 (ilk görüş 0,5:0,5)

Maksim Matlakov (Rusiya) - Qədir Hüseynov (Azərbaycan) – 1:0 (ilk görüş 0:1)

Çaba Baloq (Macarıstan) - Eltac Səfərli (Azərbaycan) – 0,5:0,5 (ilk görüş 0,5:0,5)

Vasif Durarbəyli (Azərbaycan) - Li Quanq Liem (Vyetnam) – 0:1(ilk görüş 0,5: 0,5)

Yevgeni Nayer (Rusiya) - Rauf Məmmədov (Azərbaycan) – 0:1 (ilk görüş 0:1)

Pouya İdani (İran) - Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5 (ilk görüş 0:1)