17:10 14-09-2015
news_image
827
DİGƏR NÖVLƏR

Spartakiadada müxtəlif idman növləri üzrə qaliblər bilindi

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasında mini-futbol, voleybol, nərd, güllə atıcılığı, daşqaldırma, stolüstü tennis, qolgücü və stritbol növləri üzrə yarışlar başa çatıb. Apasport.az saytının məlumatına görə, mini-futbol yarışlarında "Suraxanı Oyl” Əməliyyat Şirkəti bütün rəqiblərindən güclü olub.

 

Voleybol növündə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (kişilər) və Heydər Əliyev adına Neft Emalı Zavodu (qadınlar) rəqiblərini qabaqlayıb. Bundan əlavə, nərddə "Azəriqaz” İstehsalat Birliyi, qolgücü yarışında Heydər Əliyev adına NEZ, güllə atıcılığında kişilər arasında Neft Kəmərləri İdarəsi, qadınlarda Heydər Əliyev adına NEZ, stolüstü tennis yarışında "Neft Daşları” NQÇİ, daşqaldırma və stritbol (kişilər və qadınlar) növlərinin hər birində isə Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası qalib adını qazanıb.

 

Adıçəkilən bütün idman növləri üzrə qaliblər "Neftçi İdman Klubu” tərəfindən mükafatlandırılıb.