08:36 15-09-2015
news_image
759
TOP OYUNLARI

Rəqibimiz yoxlama görüşünü “heç-heçə” bitirdi

Qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin rəqibi Türkiyə yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” Polşa yığması ilə güclərini yoxlayıblar.

 

Baş tutan 2 qarşılaşmada komandalar hərəyə bir qələbə qazanıblar. İlk matçda türklər 3:0 (25:23; 25:16; 25:22) hesabı ilə qalib gəldikləri halda, ardınca 2:3 (20:25; 25:16; 22:25; 26:28; 8:15) ilə uduzublar.

 

Qeyd edək ki, Faiq Qarayevin yetirmələri sentyabrın 26-da start götürəcək Avropa çempionatında ilk matçını Türkiyə millisinə qarşı keçirəcək.