10:11 15-09-2015
news_image
6720
TOP OYUNLARI

Azərbaycan millisinin Polşa ilə yoxlama matçı keçirəcəyi dəqiqləşdi

Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatına hazırlaşan Azərbaycan millisinin daha 3 yoxlama matçı keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yarışa sonuncu təlim-məşq toplanışını Sloveniyada davam etdirən Faiq Qarayevin yetirmələri sınaq matçına Mariborda çıxacaqlar.

 

Voleybolçularımız burada ev sahibləri ilə yanaşı, Polşa və Xorvatiya millisi ilə üz-üzə gələcəklər. Matçların tarixinə bu günlərdə aydınlıq gələcək. Komandamızın bu rəqiblərdən biri ilə 2 yoxlama görüşü də istisna olunmur.

 

Qeyd edək ki, yığmamız Avropa çempionatına Maribordan yollanacaq.