10:52 15-09-2015
news_image
1175
TOP OYUNLARI

Almaniya millisi üçün “azərbaycanlılar” - FOTO

Qadın voleybolçular arasında Almaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Lusia Pedulla Avropa çempionatı üçün müəyyənləşdirdiyi “14-lüyə” Azərbaycan klublarından da oyunçu çağırıb.

 

Belə ki, təcrübəli mütəxəssis Serbiya, Rumıniya və Çexiya ilə qarşılaşmalarda “Azəryol”un toppaylayıcısı Marin Apitzlə “Lokomotiv”in blokçusu Berit Kauffeldtin də köməyindən istifadə edəcək.


Toppaylayıcılar: Katlin Ueiss, Marin Apitz
Hücumçular: Marqareta Kozux, Maren Brinker, Heyke Beyer, Cennifer Qirtyes, Laura Veyhenmayer, Lena Stiqrot
Blokçular: Anya Brandt, Viebke Silqe, Cennifer Pettke, Berit Kauffeldt
Liberolar: Lenka Dürr, Lisa Tomsen

 

Qeyd edək ki, heyətdə yer alan Ueiss, Kozux, Dürr və Tomsen də Azərbaycan çempionatında oynayıblar.