17:11 16-09-2015
news_image
7185
STOLÜSTÜ OYUNLAR

Dünya Kuboku: Rəcəbovla Məmmədyarov da 1/16 finalda - YENİLƏNİB

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/32 final mərhələsinin tay-brek matçları baş tutub. Apasport.az saytının məlumatına görə, həlledici görüşlərdə Azərbaycan millisinin 2 qrossmeysteri də iştirak edib.

 

Belə ki, Teymur Rəcəbov İlya Smirinlə, Şəhriyar Məmmədyarov Yifan Hou ilə münasibətinə aydınlıq gətirib. Sürətli şahmatda daha güclü olan qrosmeyssterlərimiz rəqiblərindən güclü olduqlarını sübuta yetiriblər. Rəcəbov hər 2 partiyanı qələbə ilə bitirdiyi halda, Məmmədyarov 2 matçda 0,5 xal itirib.

 

Beləliklə, Qədir Hüseynovun ardınca Rəcəbovla Məmmədyarov da adını 1/16 finala yazdırıb.  

 

Dünya Kuboku

1/32 final, tay-brek görüşləri

 

Teymur Rəcəbov (Azərbaycan) – İlya Smirin (İsrail) - 2:0

İlk iki oyun: 1:1

 

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yifan Hou (Çin) - 1,5:0,5

İlk iki oyun: 1:1

 

Qeyd edək ki, Eltac Səfərli və Vasif Durarbəyli ilk, Rauf Məmmədov ikinci mərhələdə mübarizəni dayandırıb.