15:36 17-09-2015
news_image
784
TOP OYUNLARI

Rəqibimiz Çexiyaya qalib gəldi

Qadın voleybolçular ibarət Azərbaycan millisinin Avropa çempionatında rəqibi olan Belçika yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Hollandiya ilə birgə Avro-2015-ə ev sahibliyi edəcək belçikalılar Çexiya yığması ilə üz-üzə gəlib.

 

İlk matçda 3:1 (25:21, 20:25, 25:23, 25:19) hesabı ilə qalib gələn rəqibimiz ikinci görüşdə də qələbəyə sevinib – 3:2 (25:18, 19:25, 24:26, 25:21, 15:6).

 

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 26-da start veriləcək.