08:46 18-09-2015
news_image
1075
TOP OYUNLARI

Yığmamız Polşaya gücünü göstərdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama oyununda gücünü sınayıb. Apasport.az saytının məlumatına görə, Sloveniyada Avropa çempionatına hazırlaşan Faiq Qarayevin yetirmələri Polşa yığması ilə üz-üzə gəlib.

 

Qarşılaşma millimiz üçün uğurlu alınıb. Gözəl oyun nümayiş etdirən voleybolçularımız rəqibini 3:1 (25:17, 25:23, 23:25, 25:22) hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, komandamız Belçikaya Avropa çempionatına yollanana kimi daha 1 və ya 2 matç keçirməyi planlaşdırır.