17:24 18-09-2015
news_image
8606
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov 1/8 finalda, Rəcəbovdan növbəti heç-heçə, Hüseynovdan vida - YENİLƏNİB

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinin cavab oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, III mərhələdə mübarizəni davam etdirən Azərbaycan millisinin 3 qrossmeysteri də ikinci görüşlərinə çıxıblar.

 

Həmyerlilərimizdən Şəhriyar Məmmədyarov Seturamanla cavab matçında heç-heçə etsə də, ilk qarşılaşmadakı qələbə mərhələ adlaması ilə nəticələnib. Teymur Rəcəbov isə növbəti dəfə “sülhsevər”liyini nümayiş etdirib. O, Peter Svidlerlə ikinci görüşündə də xalı yarı böldüyündən mübarizəni tay-brekdə davam etdirəcək.

 

Onlardan fərqli, Qədir Hüseynov Dünya Kuboku ilə vidalaşıb. Birinci oyunda Dinq Lirenlə heç-heçə edən qrossmeysterimiz bu dəfə məğlub olub və yarışla vidalaşıb.

 

Dünya Kuboku

1/16 final, cavab oyunları

 

Teymur Rəcəbov (Azərbaycan) - Peter Svidler (Rusiya) - 0,5:0,5

İlk oyun: 0,5:0,5

Qədir Hüseynov (Azərbaycan) - Dinq Liren (Çin) - 0:1

İlk oyun: 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Seturaman (Hindistan) - 0,5:0,5

İlk oyun: 1:0

 

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli ilk, Rauf Məmmədov ikinci mərhələdə mübarizəni dayandırıb.