13:42 18-09-2015
news_image
762
TOP OYUNLARI

Yekaterina Qamova millidən kənar qaldı

Qadın voleybolçulardan ibarət Rusiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Yuri Mariçyev Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatında güvənəcəyi “14-lüyü” müəyyənləşdirib.

 

Son qitə çempionu olan şimal qonşularımız bu dəfə Lyubov Sokolova və Yekaterina Qamovanı heyətə daxil etməyiblər. Buna baxmayaraq, komandada yenə təcrübəlilər yer alıb.

 

 

Rusiya millisinin heyəti:

Toppaylayıcılar: Yekaterina Kosyanenko, Yevgeniya Startseva
Hücumçular: Nataliya Qonçarova, Natalya Malıx, Tatyana Koşelyeva, Aleksandra Pasinkova, Yana Şçerban, Kseniya İlçenko
Blokçular: İrina Fetisova, Yekaterina Lyubuşkina, Yekaterina Orlova, İrina Zaryajko
Liberolar: Anna Malova, Viktoriya Kuzyakina

 

Qeyd edək ki, Azərbaycan millisinin də qatılacağı Avropa çempionatı sentyabrın 26-də start götürəcək.