16:30 18-09-2015
news_image
832
DİGƏR NÖVLƏR

IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, 2017-ci ilin may ayında Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

 

Təşkilat Komitəsinin sədri

 

Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri

 

 

Təşkilat Komitəsinin üzvləri

 

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya

 

Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

 

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

 

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

 

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

 

Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

 

Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

 

Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi,

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini

 

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri,

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

 

Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

 

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti,

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti,

 

Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü

 

Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi,

 

Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru

 

Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru

 

Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsindəki nümayəndəsi (Təşkilat Komitəsinin katibi)

 

Gənclər və İdman Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək, Təşkilat Komitəsinə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələlərin həlli tapşırılıb.