12:55 19-09-2015
news_image

Cüdoçumuz ilk görüşdə uduzdu

Avstriyada gənc cüdoçular arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışa 1 idmançı ilə qatılan Azərbaycan millisi aktivinə medal yazdıra bilməyib.

 

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Firudin Dadaşov ilk cəhddəcə məğlubiyyətə üzülüb. O, Eduard Trippelə cəmi 83 saniyəyə uduzaraq, yarışla vidalaşıb.