15:22 19-09-2015
news_image

Qran-prinin ilk günü mükafat olmadı

Türkiyənin Samsun şəhərində taekvondo üzrə Qran-pri turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Rio-2016 üçün lisenziya xalı verən yarışın ilk günü iki idmançımız qüvvəsini sınayıb.

 

Lakin onlar komandamıza medal qazandıra bilməyiblər. Təmsilçilərimizdən Fəridə Əzizova birinci görüşündə Şokraneh İzadiyə (İran) qalib gəlsə də, ardınca İrem Yamana (Türkiyə) uduzub. Radik İsayev də lazımı nəticə əldə edə bilməyib. Dünya çempionumuz ilk görüşdə Arman-Marşall Sillaya (Belarus) məğlub olub.

 

Qeyd edək ki, Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) və bürünc mükafatçısı Patimat Abakarova (49 kq) bu gün mübarizəyə qoşulublar.