10:36 21-09-2015
news_image
934
DİGƏR NÖVLƏR

"Neftçi İdman Klubu”nun qılıncoynadanları rəqiblərinə güzəşt etmədilər

Qılıncoynatma Federasiyasının zalında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sablyaçı qadınların yarışında bütün medallara "Neftçi İdman Klubu”nun təmsilçiləri yiyələniblər.

 

Finalda Səbinə Mikina "Bakı-2015”in gümüş mükafatçısı Sevil Bünyatovanı 15:14 hesabı ilə məğlub edib. Bürünc medalları isə klubun digər yetirmələri Sevinc Bünyatova ilə Nərminə Cəfərova əldə ediblər.

 

Kişilər arasında Azər Tağıyev çempionluq sevinci yaşayıb. Cavanşir Ağakişiyev və Yusif Budaqov isə yarışı 3-cü yerdə başa vurublar. Şpaqa növündə hər iki cinsin nümayəndələri arasında finala  "Neftçi İdman Klubu”nun qılıncoynadanları yüksəliblər. Kişilərin mübarizəsində Nəcəf Məhərrəmov Kənan Əliyev üzərində qələbə qazanıb – 15:14. Bürünc medallara isə Vəkil Nəsirov və Etibar Namazov sahib çıxıblar. Qadınlar arasında Elmira Xudaverdiyeva və Samirə Hüseynova müvafiq olaraq ilk iki pillədə qərarlaşıblar.