14:04 21-09-2015
news_image
495
TOP OYUNLARI

Velosipedçimiz dünya çempionatında 8-ci oldu - FOTO

ABŞ-ın Riçmond şəhərində velosiped idmanının şosse növü üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarış günü qadınlar arasında komanda ötüşməsində (Team Time Trial) qaliblər müəyyənləşib.

 

Azərbaycan yığmasının üzvü Yelena Pavluxinanın heyətində yer aldığı Sloveniyanın "Lyublyana" klubu 38.8 km məsafəni 50 dəqiqə, 38 saniyəyə başa vurub. Bu göstərici isə təmsilçimizin komandasının 8-ci yeri tutması ilə nəticələnib. 

 

"Lyublyana" çempion olan Almaniyanın "Velocio-SRAM" komandasından 3 dəqiqə, 3 saniyə geri qalıb.