
16:38
Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin son günüdü. Apasport.az saytının məlumatına görə, hazırda tay-brek görüşləri keçirilir.
Qeyd edək ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Fabiano Karuana üzərində qələbə qazanmaqla növbəti mərhələyə adlayıb. Onun rəqibi Dmitriy Andreykin-Sergey Karyakin duelinin qalibi olacaq.
Dünya Kubokuna oktyabrın 5-də yekun vurulacaq.