16:35 22-09-2015
news_image
932
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarovun rəqibi bəlli oldu

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 final mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Sergey Karyakinlə münasibətinə aydınlıq gətirəcək.

 

Rusiyalı qrossmeyster 1/8 final mərhələsinin tay-brek matçlarında komanda yoldaşı Dmitri Andreykini mübarizədən kənarlaşdırıb.

 

Məmmədyarov – Karyakin arasında ilk qarşılaşma sabah olacaq.

 

Qeyd edək ki, Məmmədyarov 1/8 finalda Fabiano Karuanaya (ABŞ) qalib gəlib.