07:48 23-09-2015
news_image
746
TOP OYUNLARI

Yığmamız hazırlığı məğlubiyyətlə başa vurdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyada təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri hazırlığın son günündə ev sahibləri ilə yoxlama matçı keçirib.

 

Komandamız Polşaya ardıcıl 2 matçda qalib gəldikdən sonra Sloveniya yığmasına uduzub. Rəqib 3:1 (25:21, 25:23, 24:26, 25:17) hesabı ilə qələbə qazanıb.

 

Qarşılaşmanın qəhrəmanı Polina Rəhimova olub. Hücumçumuz 29 dəqiq zərbə vurub. Digər voleybolçularımızdan Kseniya Poznyak 12, Yekaterina Jidkova ilə Aynur Kərimova hərəyə 10, Odina Bayramova 5, Oksana Kurt 3 və Ayşən Abduləzimova 1 xal toplayıb.

 

Bununla da millimizin Avropa çempionatına hazırlığı başa çatıb. Bu gün Mariborda istirahət edəcək komandamız sabah Antverpendə olacaq.

 

Qeyd edə ki, Belçika və Hollandiyanın ev sahibliyi etdiyi Avropa çempionatına sentyabrın 26-da start veriləcək.