19:38 23-09-2015
news_image
8630
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov ilk görüşündə heç-heçə etdi - YENİLƏNİB

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda çıxışını davam etdirən Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov Sergey Karyakini (Rusiya) sınağa çəkib.

 

Mərhələnin ilk matçında Ukrayna əsilli şahmatçıya qarşı ağ fiqurlarla mübarizə aparan qrossmeysterimiz bundan maksimum yararlana bilməyib.

 

Həmyerlimiz ilk oyunundan bərabərliklə ayrılıb.

 

 

Dünya Kuboku

1/4 final mərhələsi, ilk oyun

 

Şəhriyar Məmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

 

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov üçüncü mərhələdə mübarizəni dayandırıb.