09:00 23-09-2015
news_image
4687
TOP OYUNLARI

“Beşiktaş”dan Azərbaycan klubuna gəldi!

Bakının “Telekom” klubu Bolqarıstan millisinin daha bir voleybolçusunu transfer edib. Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komanda blokçu Qabriela Koyevanı rənglərinə bağlayıb.

 

2012-2015-ci illərdə Türkiyənin “Beşiktaş” klubunun şərəfini qoruyan 26 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

Koyeva İstanbul təmsilçisindən öncə MOİK (Bolqarıstan, 2007-2009), “Volero” (İsveçrə, 2009-2011) və “Minerva Volley” (İtaliya, 2011-2012) klublarında da forma geyinib. O, İsveçrə klubu ilə 2 dəfə ölkə çempionatının, eyni sayda ölkə kubokunun və 1 dəfə Superkubokun qalibi adını qazanıb. Qabrielanın aktivində həmçinin Bolqarıstan çempionatının da qızıl medal var.

 

2007-ci ildən ölkəsinin əsas komandasına çağrılan blokçu Avropa Liqasının ikiqat bürünc (2011, 2013) mükafatçısıdı. O, sentyabrın 26-da Belçika və Hollandiyada start götürəcək Avropa çempionatında da yığmasının heyətində yer alacaq.

 

Bununla da “Telekom”un yeni mövsüm üçün “12-liyi” tamamlanıb. Ondan öncə Xiselye Əzimli, Kristina Yaqubova, Marqarita Əzizova, Yelizaveta Səmədova, Olena Həsənova, Yoana Mahmudova, Ana Priyeva (hamısı Azərbaycan), Kseniya İvanoviç (Monteneqro), Lusi Mulsteynova (Çexiya), Mariya Filipova və Xristina Rusevanın (hər ikisi Bolqarıstan) yeni mövsümdə burada oynayacağı dəqiqləşmişdi.