09:39 23-09-2015
news_image
713
STOLÜSTÜ OYUNLAR

Gennadi Sosonka: Məmmədyarov daha şanslıdı

Tanınmış şahmat mütəxəssisi Gennadi Sosonka Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında bu gün 1/4 final mərhələsində start götürəcək Şəhriyar Məmmədyarov - Sergey Karyakin görüşü ilə bağlı proqnozunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, o, bu dueldə həmyerlimizi daha şanslı sayır.

 

Sosonka bildirib ki, proqnoz vermək çətin olsa da, Şəhriyar Karyakini üstələyə bilər: “Hər iki şahmatçı böyük təcrübəyə malikdi. Məmmədyarov uzun müddətdi Azərbaycan yığmasında çıxış edir. Karyakin Rusiya millisində əsas şahmatçılardan sayılır. Bakıdakı görüş fərqlidi. Əgər Dünya Kubokunda göstərilən oyunu nəzərə alsaq fikrimcə Məmmədyarov daha şanslıdı. Proqnoz vermək çətin olsa da, məncə Şəhriyar Karyakini üstələyə bilər. Şanslar 55%-in 45%-ə nisbətidir, təbii ki, Məmmədyarovun xeyrinə".

Qeyd edək ki, tərəflər iki dəfə qarşılaşacaq. Qalib məlum olmasa duelin taleyi tay-brekdə həll olunacaq. Dünya Kubokuna oktyabrın 5-də yekun vurulacaq.