11:38 23-09-2015
news_image
699
TOP OYUNLARI

Kantona evinin qapısını Suriya qaçqınlarına açacaq

Əfsanəvi futbolçu Erik Kantona Suriya qaçqınlarına yardım etmək qərarına gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Fransa yığmasının sabiq üzvü öz evində bir neçə qaçqının qalmasına şərait yaradacağını bildirib.

 

Hamının həmin insanlara kömək etməli olduğunu deyən Kantona baba və nənəsinin də vaxtilə qaçqın olduğunu yada salıb: “Problem odu ki, o insanlar tez bir zamanda iş tapa bilməyəcəklər. Buna görə də, yaşamaqları çətin olacaq. Onlara hamımız kömək etməliyik. Mənim babam və nənəm də o cür insanlar olublar. Vaxtilə İspaniyadan, Franko rejimindən qaçmaq məcburiyyətində qalıblar və nəticədə Fransada məskunlaşıblar”.

 

Qeyd edək ki, 49 yaşlı Kantona futbolçu karyerasında daha çox çılğınlığı, aldığı cəzalarla yadda qalıb.