12:58 23-09-2015
news_image
830
TOP OYUNLARI

Polşa Avropa çempionatına Azərbaycan Super Liqasının qalibi ilə gedir

Qadın voleybolçular arasında Polşa millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Yasek Navroçki Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatında 15 oyunçunun xidmətindən yararlanacaq.

 

O, heyətə “Rabitə” ilə 2 dəfə Azərbaycan çempionu olan Katarjina Skovronskanın da adını daxil edib. Bir müddət yığmadan kənar qalan, lakin Navroçkinin gəlişindən sonra yenidən əsas komandaya dönən ulduz voleybolçuya ümidlər də böyükdü.

 

 

Toppaylayıcılar: İzabela Belcik, Yoanna Voloj
Hücumçular: İzabela Kovalinska, Katarjina Skovronska, Anna Verblinska, Natalya Kurnikovska, Klaudia Kacjorovska, Anna Grejman
Blokçular: Aqniejka Bednarek-Kasja, Kamila Qansjcjik, Susanna Yefimienko, Silviya Pisia, Maja Tokarska
Liberolar: Paulina May-Ervardt, Aqata Durajçik

 

Qeyd edək ki, Polşa Hollandiya, İtaliya və Sloveniya ilə birgə A qrupunda yer alıb.