13:22 23-09-2015
news_image
1080
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan millisi dünya çempionatına 9 boksçu ilə yollanacaq

Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşan boks üzrə Azərbaycan millisi sentyabrın 24-də İtaliyaya yola düşəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, seçməmiz İtaliyanın Assizi şəhərindəki məşq bazasında İtaliya və İrlandiya komandaları ilə birgə toplanış keçəcək.

 

Baş məşqçi Pedro Roque, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prossesində 9 boksçu iştirak edəcək. Avropa Oyunlarında ağır zədə alan 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da heyətə daxil edilib.

 

Rio de Janeyro Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı oktyabrın 6-da start götürəcək. Bu dəfə dünya çempionatında iştirak etmək üçün lisenziya qazanmaq şərt idi. Azərbaycan boksçularından 9-u Avropa Oyunlarından Qətərdə keçiriləcək yarışa vəsiqə qazanıb. Yalnız 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında bürünc medal qazanmaqla, mundiala vəsiqə əldə edib. Xaybula Muslov isə (75 kq) İtaliyaya yollana bilməyib. Boksçunun gözündə əməliyyat aparıldığından o, dünya çempionatında da iştirak etməyəcək.

 

Millimizin dünya çempionatındakı heyəti

49 kq - Rüfət Hüseynov 
52 kq - Elvin Məmişzadə 
56 kq - Tayfur Əliyev 
60 kq - Albert Səlimov 
64 kq - Lorenzo Sotomayor 
69 kq - Pərviz Bağırov 
81 kq - Teymur Məmmədov
91 kq - Abdulqadir Abdullayev 
+91 kq - Məhəmmədrəsul Məcidov