15:08 23-09-2015
news_image
1022
STOLÜSTÜ OYUNLAR

Elman Rüstəmovdan Şəhriyar Məmmədyarova dəstək - FOTOSESSİYA

Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizəni davam etdirən yeganə şahmatçımız Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinə qarşı mübarizə aparır.

 

Bu gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili Dünya Kubokuna təşrif buyurub. Federasiya prezidenti Elman Rüstəmov şahmatçımız Şəhriyar Məmmədyarovla görüşərək, ona uğurlar arzu edib.