15:30 24-09-2015
news_image
5131
TOP OYUNLARI

Belçika Azərbaycanla oyun üçün heyətini açıqladı - SİYAHI

Qadın voleybolçulardan ibarət Belçika yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avro-2015-də Azərbaycan yığması ilə eyni qrupda yer alan komandanın baş məşqçisi Gert Vande Broek Hollandiya ilə birgə ev sahibliyi edəcəyi yarışda 14 oyunçunun xidmətindən istifadə edəcək.

 

O, Faiq Qarayevin yetirmələri ilə oyun üçün ən güclü voleybolçulara şans verəcək.

 

Qrupumuzun oyunları Antverpendə keçiriləcək və burda növbəti mərhələ üçün Belçika və Azərbaycanla yanaşı, Türkiyə ilə Macarıstan yığmaları da mübarizə aparacaqlar.

 

Belçika yığmasının heyəti:

Toppaylayıcılar: Frauke Dirikx, İlka Van de Viver, Jasmin Bibau
Hücumçular: Lise Van Hekke, Kaya Qrobelna, Els Vandestine, Şarlott Leys, Selin Van Gestel, Lorena Siançi
Blokçular: Laura Heyrman, Freya Albrext, Maud Katri
Liberolar: Valeria Kurtua, Britt Ruyşaert
 

Qeyd edək ki, Avropa çempionatının startı sentyabrın 26-da veriləcək.